Son zamanlar sosial şəbəkələrdə ABŞ-nın İrana, Azərbaycan ərazisindən hücum edəcəyi barədə əsassız məlumatların paylaşılması gündəm halına gəlibdir.
Bu mövzuya, Azərbaycan Milli Vətənpərvərlər Birliyinin sədri Rauf Bayrambəyli münasibət bildirib.
Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki,İran İslam Respublikasında, Azərbaycan Dövlətinin əleyhinə fəaliyyət göstərən qrumlar, ABŞ, İsrail ilə İran arasında baş verən gərginliyi fürsət bilərək, dövlətimizə qarşı şər böhtanlar atmağa başlayıblar. Guya, Azərbaycan ərazisindən İrana müdaxilə olunacaq, İran bunu yol verməyəcək və s. Habelə Sepah xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən bəzi Azərbaycan vətəndaşları və xəbər portalları bu əsassız yalan xəbərləri yaymaqla məşğul olurlar.
Bildirmək istəyirəm ki, Azərbaycan Dövləti heç bir ölkə ilə gərginlik vəziyyətində deyil. Heç bir ölkənin, öz ərazisindən digər ölkəyə müdaxilə etməsinə icazə verməz. Bunu deyənlərin ağlı yoxdur. Azərbaycan öz bacı-qardaşlarının qırğınına imkan verərmi? Bu tip əsassız xəbərləri paylaşan vətəndaşlar və xəbər portalları bilməlidirlər ki, dezinformasiya yaymaq cinayət məcələsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunmaq şəraiti yaradır.
Ölkə daxilində və yaxud da xaricdə olmağınızın heç bir fərqi yoxdu, məsuliyyətə cəlb olunacaqsınız









