Bakıda qumbara tapıldı - VİDEO

img

Bakının Nərimanov rayonu ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Rezonans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi mlumat yayıb.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Qeyd eedilib ki, hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Xəbəri paylaş: