Azərbaycanın U-21 millisi Bəhreynə qarşı

img

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoldaşlıq matçına çıxacaq.

Rezonans.az xəbər verir ki, Rəşad Eyubovun komandası Bəhreynlə üz-üzə gələcək.

İsparta şəhərindəki  “Sav” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Qarşılaşma iyunun 9-da olacaq.

Xəbəri paylaş: