Türkiyə milli komandası DÇ-2026-ya hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
Rezonans.az xəbər verir ki, Vinçenzo Montellanın komandası Venesuela ilə qarşılaşıb 2:1 hesabı ilə qalib gəlib.
ABŞ-nin Florida ştatında yerləşən “İnter Mayami” stadionunda keçirilən oyunda hesabı Venesuela açıb. Qarşılaşmanın 13-cü dəqiqəsində Gleiker Mendoza fərqlənib. Türkiyə isə 44-cü dəqiqədə Barış Alper Yılmazın qolu ilə tarazlığı bərpa edib. İkinci hissədə üstün oyun nümayiş etdirən Türkiyə 53-cü dəqiqədə Yunus Akgünün qolu ilə önə keçib və hesabı qoruyaraq qələbə qazanıb.
Qeyd edək ki, "Ay-ulduzlular" bundan əvvəl Şimali Makedoniyaya 4:0 hesabı ilə qalib gəlib.









