Masallıda 7 kq narkotik vasitə aşkarlandı

img

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Rezonans.az xəbər verir ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 43 yaşlı Cavat Qasımov saxlanılıb. Ondan ümumilikdə 7 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Xəbəri paylaş: