Polis motosikleti təhlükəli idarə edən sürücünü saxladı

Polis motosikleti təhlükəli idarə edən sürücünü saxladı

Bakı ərazisində motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Rezonans.az-a Bakı şəhər DYPİ-dən bildirilib.

Tədbirlərlə nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb.

Onun barəsində hüququ məsuliyyət tədbirləri görülür.

Xəbəri paylaş: