DİN polisin ölümü ilə bağlı MƏLUMAT YAYDI

img

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Rezonans.az-a bildirilib ki, bu gün səhər 06:30 radələrində içərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan "Fiat" markalı xidməti avtomobil Kür çayına aşıb.

 

Hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub. Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

 

Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.

Xəbəri paylaş: