Prokurorluq zorakılığa məruz qalan qızla bağlı MƏLUMAT YAYDI

Prokurorluq zorakılığa məruz qalan qızla bağlı MƏLUMAT YAYDI

Bəzi sosial şəbəkə və media səhifələrində Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı məlumatlar yayılmışdır.

 

Baş Prokurorluqdan Rezonans.az-a verilən məlumatda bildirilir:

 

"Bildiririk ki, qeyd edilən faktla bağlı dərhal Lənkəran rayon prokurorluğunda araşdırma başlanmış, hadisənin şahidi olmuş şəxslərin izahatları alınmış, məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

 

Qanunvericiliklə nəzərdə tutulmuş qısa müddət ərzində zəruri qərarların qəbul edilməsi və ictimaiyyətin məlumatlandırılması təmin ediləcəkdir".

Xəbəri paylaş: