Bakıda arvadını güllələyən şəxsin vəziyyəti açıqlandı

img

Ötən gün Bakıda keçmiş həyat yoldaşı 44 yaşlı Amalya Qəhrəmanovanı ov tüfəngi ilə güllələyərək öldürməkdə şübhəli bilinən 43 yaşlı Zaur Qəhrəmanovun vəziyyəti açıqlanıb. 

TƏBİB-dən Rezonans.az-a verilən məlumata görə, 09.07.2026-cı il tarixində baş verən hadisə ilə əlaqədar Kliniki Tibb Mərkəzə hospitalizasiya olunan 1983-cü il təvəllüdlü şəxsin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Xəbəri paylaş: