“Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası dövrün yeni çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir” - Səbinə Əliyeva

img

1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ölkəmizin inkişaf strategiyasının əsasını qoyaraq milli intibah dövrünün başlanğıcını müəyyənləşdirdi.


Məhz həmin dövrdə uzaqgörən dövlətçilik siyasəti, milli maraqlara söykənən idarəçilik prinsipləri və xalqın potensialına inam sayəsində Azərbaycan keçmiş ittifaqın geridə qalan respublikalarından birindən ən dinamik inkişaf edən respublikalardan birinə çevrildi. Sənaye, elm, təhsil, kənd təsərrüfatı, mədəniyyət və milli kadr hazırlığı sahələrində əldə olunan mühüm nailiyyətlər gələcək müstəqil dövlətimizin möhkəm təməllərini formalaşdırdı.


14 iyul tarixi Azərbaycanın müasir dövlətçilik ənənələrinin təşəkkül tapmasında, milli özünüdərkin möhkəmlənməsində və müstəqilliyimizin etibarlı siyasi, iqtisadi və mənəvi əsaslarının yaradılmasında xüsusi əhəmiyyətə malik tarixi mərhələ kimi xalqımızın yaddaşında əbədi yaşayır.


Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası dövrün yeni çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Ölkəmizin suverenliyinin daha da möhkəmləndirilməsi, iqtisadi qüdrətinin artırılması, beynəlxalq nüfuzunun yüksəldilməsi və dayanıqlı inkişafının təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə edilir.


14 iyul  Azərbaycanın milli intibah yolunun başlanğıcı, müasir dövlətçiliyimizin möhkəm təməllərinin qoyulduğu tarixi gündür.



SƏBİNƏ ƏLİYEVA

Xəbəri paylaş: