"Bu, Mehriban Əliyevanın sayəsində mümkün olub" - Rusiyanın səhiyyə naziri

img

"Rusiya və Azərbaycan tibb işçilərinin hazırlanmasında birgə əməkdaşlıqda maraqlıdırlar".

Rezonans.az-ın məlumatına görə, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko Bakıya səfəri zamanı açıqlamasında deyib. 

O, Rusiya və Azərbaycan arasında tibbi təlim, elmi tədqiqatlar və mütəxəssis mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı suala belə cavab verib: "Biz, şübhəsiz ki, belə bir əməkdaşlıqda maraqlıyıq. Bu, praqmatik yanaşmadır, çünki elmi məktəblərimiz illərdir birlikdə inkişaf edir və bir çox nailiyyətlər ortaq irsimizdir. Biz Azərbaycanın səhiyyə naziri ilə müasir elmi nailiyyətlərin praktik səhiyyəyə mümkün qədər tez tətbiq olunmasını təmin etmək üçün atılmalı olan əlavə addımları müzakirə etdik".

Nazir vurğuladı ki, ən vacib şey bu irəliləyişlərin həm texnoloji, həm də maliyyə baxımından xəstələr üçün əlçatan olmasıdır: "Müasir texnologiyalar tibbi xidmətin dəyərini azaltmalı, xərcləri minimuma endirməli və keyfiyyətli müalicəyə çıxışı genişləndirməlidir. Əlçatanlıq və keyfiyyət müasir səhiyyə sisteminin iki əsas komponentidir".

O, həmçinin bildirib ki, Bakı filialının açılması Seçenov Universitetinin məzunu və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü sayəsində mümkün olub: "Layihə məhz onun dəstəyi sayəsində inkişaf edib və hazırda əla nəticələr nümayiş etdirir. Bu il 123 məzun diplom alıb. Bu gənc həkimlər ən qabaqcıl biliklərə malikdirlər və dünyanın aparıcı tibb universitetlərindən birinin diplomunu alırlar".

Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin məzunu və fəxri professorudur. 

Xəbəri paylaş: