İlk yarımildə 41 minə yaxın körpə doğulub

İlk yarımildə 41 minə yaxın körpə doğulub

Bu ilin birinci yarısında Azərbaycan Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40 min 798 doğulan körpə qeydə alınıb.

Rezonans.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda qeyd olunub.

Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 9-dan 8-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,5, qız uşaqlarının xüsusi çəkisi isə 46,5 faiz olub. Körpələrdən 1420-si əkiz, 57-si isə üçəm doğulub.

Doğum səviyyəsi əhalinin hər 1000 nəfərinə Dağlıq Şirvan (10,1), Lənkəran-Astara və Şərqi Zəngəzur (9,9), Qarabağ (9,7), Mil-Muğan (9,0), Quba-Xaçmaz (8,9), Şirvan-Salyan (8,8), Mərkəzi Aran (8,7), Qazax-Tovuz (8,6) iqtisadi rayonlarında ölkə göstəricisindən (8,0) yüksək olub.

Bu ilin yanvar-iyun aylarında ölkədə 30 min 625 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici 5,8-dən 6-ya qədər artıb.

Xəbəri paylaş: