Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 23 iyun tarixli müvafiq Sərəncamına əsasən, qida təhlükəsizliyi sahəsində və dövlət qulluğunda səmərəli fəaliyyəti ilə əlaqədar “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarına mükafatları təqdim olunub.
Rezonans.az xəbər verir ki, AQTA sədri Qoşqar Təhməzli əməkdaşlara medalları təqdim edib.
Bildirib ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması və bu istiqamətdə nəzarət sisteminin daha da təkmilləşdirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Agentlik sədri əməkdaşlara bu vacib və məsuliyyətli işdə səmərəli xidmət göstərdiklərinə görə təşəkkür edib və bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.










