Azərbaycanda evlənən hər 4 cütlükdən biri BOŞANIR

img

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin ilk beş ayında 23387 nikah və 6323 boşanma halları qeydə alınıb.

 

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Rezonans.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,6-dan 5,6-ya qədər artıb, boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşüb.

Xəbəri paylaş: