“Qarabağ”ın sabahkı oyununa 25 min bilet satılıb

img

Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveçrənin “Sürix” komandası ilə ev oyununa bilet satışı davam edir.
 

Rezonans.az xəbər verir ki, iyulun 19-u Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüşə artıq 25 mindən çox bilet satılıb.


Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra İsveçrədə olacaq.

"Sürix"in futbolçuları artıq Bakıya gəlib. Rəqib bu gün axşam saatlarında məşqə çıxacaq.

Xəbəri paylaş: