"Sabah" nigeriyalı futbolçunu transfer etdi

img

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Rezonans.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Sabah” nigeriyalı futbolçu Emmanuel Apehi transfer edib.

 

Bildirilib ki, 25 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb.

 

Nigeriyalı futbolçu karyerası ərzində İspaniyanın “Lorka” (2016-2018), “Selta-2”, “Selta” (Viqo, 2018-2020), “Tenerife” (2020-2022) və “Alkorkon” (2021/22) klublarında oynayıb.

 

Qeyd edək ki, futbolçu “Sabah”da 90 nömrəli formada çıxış edəcək.

Xəbəri paylaş: