Rusiyanı tərk edən şirkətlərin sayı açıqlanıb

img

Artıq 40-a yaxın beynəlxalq şirkət Rusiyadakı biznesini bağlayıb, 700-ü müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Rezonans.az xəbər verir ki, Rusiya bazarını tərk edən şirkətlərin illik gəliri 58,4 milyard dollar, kapitalı isə 33,1 milyard dollar olub.

Bildirilir ki, 78 ölkədən və 56 sənaye sahəsindən olan 2345-ə yaxın şirkət, təşkilat və onların brendlərinin Rusiya bazarındakı vəziyyətlə bağlı mövqelərini müəyyən edib. Bu şirkətlərin təxminən yarısının ictimai olduğu bildirilib.

Xəbəri paylaş: