Taxıl daşıyan gəmiləri Türkiyə yoxlayacaq - BMT

img

Qara dənizdən Ukrayna taxılını daşıyacaq gəmilərin yoxlanılması Türkiyə hakimiyyəti tərəfindən Birgə Koordinasiya Komitəsinin dəstəyi ilə həyata keçiriləcək.

 

Rezonans.az-ın məlumatına görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

 

"Baş katib (Antonio Quterres-red) iyulun 22-də əldə olunan razılaşmaya əsasən, Birgə Koordinasiya Komitəsinin dəstəyi ilə gəmi yoxlamalarının Türkiyə tərəfindən aparılacağını, ukraynalıların isə Qara dənizdən təhlükəsiz keçidini təmin edəcəyini açıqlayıb", - deyə F.Haq qeyd edib.

 

Onun sözlərinə görə, gəmilər Ukrayna limanlarına gedərkən və geri qayıdarkən silah-sursatların olub-olmaması ilə əlaqədar yoxlanılacaq:

 

"Taxıl daşınmasının izlənməsi ilə məşğul olan Birgə Koordinasiya Mərkəzi İstanbulda Milli Müdafiə Universitetinin binasında yerləşir və 4 şöbədən ibarətdir: Türkiyə, Rusiya, Ukrayna və BMT. Ümid edirik ki, Birgə Koordinasiya Komitəsinin sədri tezliklə açıqlanacaq"

Xəbəri paylaş: