Səudiyyə vəliəhdi Camal Qaşıqçı cinayətinə görə məhkəməyə verildi

img

Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd Bin Salman jurnalist Camal Qaşıqçının qətlinə görə Fransada məhkəməyə verilib.

Rezonans.az gazeta.ruya istinadən xəbər verir ki, iki qeyri-kommersiya təşkilatı “Democracy for the Arabic World Now” və “Traal International” şahzadədən Paris İstintaq Məhkəməsinə şikayət edib.

İddia olunub ki, şahzadənin 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda Qaşıqçının başına gətirilənlərdə əli var.

Qeyd edək ki, Bin Salman dövlət başçısı olmadığı üçün cinayət təqibinə qarşı “immunitetə” malik deyil.

Xəbəri paylaş: