"MİR" ödəniş kartlarının Azərbaycanda işlək olması ilə bağlı iş aparılır.
Rezonans.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktor Fərid Osmanov bildirib.
F.Osmanov qeyd edib ki, hökumətlərarası müzakirələrdən sonra nə qərar veriləcəksə, bu barədə ictimaiyyətə açıqlama veriləcək:
"Çünki hazırda bu istiqamətdə AMB və aidiyyatı qurumlar tərəfindən danışıqlar aparılır".










