“Qarabağ” bu gün “Viktoriya” ilə qarşılaşacaq

img

Bu gün UEFA Çempionlar Liqasının pley-off mrəhələsinin cavab oyunlarına start veriləcək.

 

Rezonans.az xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" klubu Çexiyada “Viktoriya”nın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Ağdam komandası tarixində ikinci dəfə qrup mərhələsinə yüksəlmək üçün qalib gəlməlidir. Bakıdakı ilk oyunda qolsuz bərabərlik qeydə alınıb.

 

Qeyd edək ki, bu cütün məğlubu Avropa Liqasının qrup mərhələsində oynayacaq.

 

23 avqust

Çempionlar Liqası 

Pley-off, cavab oyunu

 

23:00. "Viktoriya" (Çexiya) - “Qarabağ” (Azərbaycan)


Baş hakim: Artur Dias (Portuqaliya)
Plzen. Duşan Arena

İlk oyun - 0:0

Xəbəri paylaş: