
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları çərçivəsində ilk oyun günündə qrup mərhələsinə vəsiqə qazanan 3 komandanın adına aydınlıq gəlib.
Rezonans.az xəbər verir ki, "Qarabağ" Çexiyada "Viktoriya" (Plzen) kollektivinə 1:2 uduzaraq, turnirdə mübarizəni dayandırdığına görə çexlər qrup mərhələsinə çıxıb.
Ukraynanın "Dinamo" (Kiyev) klubuna isə Portuqaliyada da qalib gələn "Benfika" qrup mərhələsinə vəsiqə qazanıb.
İsrailda "Makkabi" (Hayfa) komandasına 2:3 hesabı ilə məğlub olan "Srvena Zvezda" Serbiyada rəqibi ilə heç-heçə etdiyinə görə turnirlə vidalaşıb. "Makkabi" isə qrup mərhələsinə yüksəlib.
Bu gün Çempionlar Liqasında digər cavab qarşılaşmaları olacaq. Qrup mərhələsinin hələlik 32 iştirakçısından 29-u məlumdur.
24 avqust
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Budo Qlimt" (Norveç)
İlk oyun - 0:1
23:00. PSV (Niderland) - "Reyncers" (Şotlandiya)
İlk oyun - 2:2
23:00. "Trabzonspor" (Türkiyə) - "Kopenhagen" (Danimarka)
İlk oyun - 1:2