Millimiz İran yığmasına məğlub oldu

img

İranın Yazd şəhərində təlim-məşq toplanışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində İran yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.

 

Rezonans.az xəbər verir ki, qarşılaşma rəqib komandanın 5:3 hesablı qələbəsi ilə başa çatıb. Millimizin qollarını Amid Nəzərov, Ramil Əliyev və Tural Qürbətov vurub.

 

Komandalar arasında sonuncu yoldaşlıq oyunu bu gün keçiriləcək.

Xəbəri paylaş: