
"Qarabağ" klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri məlum olub.
Rezonans.az xəbər verir ki, Avroliqanın qrup mərhələsinin püşkatma mərasimi Türkiyənin İstanbul şəhərində keçirilib.
Püşkatma nəticəsində Azərbaycan təmsilçisi G qrupuna düşüb. "Qarabağ"ın qrup oyunlarında "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant" (Fransa) komandaları ilə üz-üzə gələcək.