Qadın voleybolçularımız Avropada məğlub oldu

img

Voleybolçu qadınlardan ibarət millimiz 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirib.

 

Rezonans.az xəbərverir ki, D qrupunda yer alan komanda IV turda Sloveniyanı qəbul edib.

 

Bakı Voleybol Mərkəzindəki qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə bitib.

 

İlk setdə qonaqlar 25:19 hesabı ilə qalib gəlib. İkinci setdə Azərbaycan yığması bunun əvəzini çıxıb - 25:19. Sloveniya seçməsi üçüncü setdə 25:18, dördüncü setdə isə 25:21 hesabı ilə üstün olub.

Xəbəri paylaş: