Millimiz Moldovanı məğlub etdi

img

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Dünya Çimərlik Oyunlarının Avropa zonası üzrə seçmə mərhələsində çıxışını başa vurub.

 

Rezonans.az xəbər verir ki, 9-cu yer uğrunda qarşılaşmada Moldova yığması ilə üz-üzə gələn komandamız 5:2 hesablı qələbə qazanıb.

 

Millimizin heyətində Amid Nəzərov (4) və Sabir Allahquliyev fərqləniblər.

Xəbəri paylaş: