Qarabağ qazisi dünya çempionu oldu

img

İsveç Kralliğinda yaşayan  Birinci Qarabağ müharibəsinin qazisi, 59 yaşlı soydaşımız Səfər Əliyev ABŞ-da böyük uğur qazanıb.

 

Rezonans.az xəbər verir ki, Las Veqas şəhərində Beynəlxalq Braziliya güləşi (Brazilian Jui Jutsi) üzrə keçirilən dünya çempionatında Səfər Əliyev rəqibi Skott Kukla (Scott Cook) qarşılaşıb. Rəqibi üzərində üstünlük əldə edən soydaşımız çempionatın qalibi olub. 

 

“World Master” Beynəlxalq Braziliya Jui Jutsi Federasiyasının təşkilatçılığı ilə Las Veqas konfrans mərkəzində (Convention Center) təşkil edilən dünya çempionatı 1-3 sentyabr tarixində baş tutub. 

  

Qeyd edək ki, Səfər Əliyev 1991-ci ildə yaradılmış Naxçıvan Dövlət Müdafiə Komitəsinin ilk xüsusi təyinatlı bölməsində idman rotasının komandiri olub. Bu bölmə Naxçıvanın müdafiəsində ön sıralarda yer tutaraq, bir çox ağır döyüş əməliyyatlarında iştirak edib.  

 

Soydaşımız İsveçin Partille şəhər bələdiyyəsinin məclis, Höteborq bölgəsi üzrə İnzibati və Miqrasiya məhkəməsinin münsiflər heyətinin, Qərbi Yöteland bölgəsinin səhiyyə komitəsinin üzvü Turan Əliyevin əmisidir. 

Xəbəri paylaş: