Mahir Emrelinin komandası “Çelsi”yə qalib gəldi

img

UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

 

Rezonans.az xəbər verir ki, bu günə nəzərdə tutulan 8 oyundan ikisi artıq başa çatıb.

 

Belə ki, E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqrebin "Dinamo" komandası Xorvatiyada "Çelsi" klubu ilə qarşılaşıb. Meydan sahibləri rəqibi minimal hesabla məğlub etməklə turun ilk sensasiyasına imza atıb.

 

Matçda yeganə qolu 13-cü dəqiqədə Mislav Orşiç vurub.

 

Dortmund "Borussiya"sı isə Danimarka "Kopenhagen"inə 3 cavabsız qolla qalib gəlib. Görüşdə qolları Marko Roys (35), Rafael Gerreyro (42), Cud Bellingem (83) vurublar.

Xəbəri paylaş: