İstanbulun Sarıyer rayonunda yerləşən Vadi İstanbul ticarət mərkəzində dünən, 11 sentyabr 2022-ci ildə axşam saat 8 radələrində naməlum qruplar arasında yaranmış silahlı münaqişədə dördü azərbaycanlı olmaqla 6 nəfər yaralanıb.
Bu barədə Rezonans.az-a Azərbaycanın İstanbuldakı Baş konsulluğundan xəbər verilib.
Bildirilib ki, hadisə nəticəsində Rakif Əliyev, Mahrec Kərimov, Azər Amanov və Qulam İbrahimov xəsarət alıb:
“Yaralılar Seyrantepe Hamidiye Etfal Eğitim ve Araştırma Xəstəxanasında müalicə olunurlar. Hadisənin yaranma səbəbləri aidiyyəti polis şöbəsi tərəfindən araşdırılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.