Deputat şəhid leytenantın ailəsinə baş çəkdi

img

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatı Ceyhun Məmmədov sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin dövlət sərhədindəki genişmiqyaslı təxribatı nəticəsində şəhid olmuş leytenat Ravil Hümbətovun ailəsinə baş çəkib.


Rezonans.az-ın məlumatına görə, millət vəkili Cəbrayıl rayonunun Yarəhmədli kəndindən olan şəhidin ailəsinə mənəvi dəstəyini ifadə edib.


Qeyd edək ki, leytenant Ravil Hümbətov ailəli idi. İki azyaşlı övladı qalıb.

Xəbəri paylaş: