Millimiz Qazaxıstan yığmasına məğlub oldu

img

Qazaxıstanın Aktau şəhərində təlim-məşq toplanışını başa vuran futzal üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti dəfə Qazaxıstan yığması ilə qarşılaşıb.

 

Rezonans.az xəbər verir ki, yoldaşlıq oyunu 6:5 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

 

Millimizin heyətində Vilela (3), Baton və Emin Kürdov fərqləniblər.

 

Xatırladaq ki, komandalar arasında sentyabrın 19-da keçirilmiş ilk oyun 5:3 hesabı ilə Qazaxıstan yığmasının xeyrinə nəticələnib.

Xəbəri paylaş: