"Qarabağ"ın rəqibinə yeni baş məşqçi təyin olundu

img

"Qarabağ" klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" komandası yeni baş məşqçisini açıqlayıb.

 

Rezonans.az xəbər verir ki, ölkə çempionu ispaniyalı Miçel Qonsalesə tapşırılıb.

 

59 yaşlı mütəxəssisin müqaviləsinin detalları hələlik açıqlanmayıb.

 

Miçel Qonsales 1982-1996-cı illərdə "Real Madrid"in formasını geyinib. Son olaraq 2021-ci ildə "Xetafe"nin sükanı arxasında olan baş məşqçi 2013-2015-ci illərdə "Olimpiakos"a rəhbərlik edib.

 

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Xəbəri paylaş: