Pentaqondan "Moskva" gəmisi ilə bağlı AÇIQLAMA

Pentaqondan "Moskva" gəmisi ilə bağlı AÇIQLAMA

Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Moskva" raket kreyserinin göyərtəsində güclü partlayış olub.

 

Rezonans.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi məlumat verib.

 

O, gəmidəki partlayışın Odessadan 96 kilometr cənubda baş verdiyini bildirib.

 

Kirbi partlayışın səbəbinin bilinmədiyini vurğulayıb.

 

"Hazırda gəmini güman ki, Sevastopola aparırlar", - deyə Pentaqon rəsmisi bildirib.

 

Xatırladaq ki, Ukrayna gəminin yerli istehsal "Neptun" gəmi əleyhinə raket sistemləri ilə vurulduğunu bildirib. Rusiya Müdafiə Nazirliyi gəmidə partlayış olduğunu bildirib. Nazirlik sovet dövründən qalma gəmidə yanğının qarşısının alındığını, lakin ciddi ziyan dəydiyini qeyd edib.

 

1983-cü ildə istismara verilən "Moskva" raket kreyseri 700 km mənzilə malik 16 ədəd "Vulkan" qanadlı raketləri ilə silahlanıb.

Xəbəri paylaş: