Türkiyənin Milli Kəşfiyyat Təşkilatı PKK terrorçusu Abdulkerim Yılmazı İraqın Şimalında ələ keçirib.
Rezonans.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, 2015-ci ildə 4 terror təşkilatı üzvünü avtomobili ilə Türkiyəyə gətirən Abdulkerim Yılmaz barəsində axtarış elan edilib.
Axtarış qərarından sonra qeyri-qanuni yollarla İraqa gedən və 2015-ci ildən Şimali İraqda qanunsuz yaşayan terrorçu saxlanılaraq Türkiyəyə gətirilib.










