Allahşükür Paşazadə II Qareginlə görüşəsi olmadı - SƏBƏB

img

Azərbaycan və Ermənistan sərhədində vəziyyətin nizama salınması üçün Azərbaycan, Rusiya və Ermənistan ruhani liderlərinin görüşü gözlənilmir.

 

Rezonans.az xəbər verir ki, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ermənilərin Katolikosu 2-ci Qareginin yeni üçtərəfli görüşü olmayacaq. 

 

"Təbii ki, görüş Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin dəvəti ilə təşkil olunur. Ehtiyac olarsa, erməni kilsəsi Allahşükür Paşazadə və Patriarx Kirillə görüşə tərəfdar olacaq. Üçtərəfli görüşlər artıq rəsmi xarakter daşıyır”, - deyə erməni katolik bildirib. 

 

Qeyd edək ki, 2021-ci ilin oktyabrında Patriarx Kirill Moskvadakı Danilov monastırında II Qaregin və Allahşükür Paşazadə ilə üçtərəfli danışıqlar aparıb. 

Xəbəri paylaş: