Nazir vəkillərlə bağlı TAPŞIRIQ VERDİ

img

Azərbaycanda vəkillər eyni saatda digər proseslərdə iştirak edə bilməyəcək.

 

Rezonans.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

 

A.Bağırov qeyd edib ki, bunun üçün müəyyən sistem olmalıdır:

 

"Nəticə etibarilə bir vəkil eyni vaxtda digər proseslərə çağırılmayacaq. Bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinin rəsmi şəxslərinə müraciət etmişəm".

 

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova isə deyib ki, bu məsələ nazir Fikrət Məmmədova məruzə edilib:

 

"Nazir bu məsələnin həll olunmasına həssaslıqla yanaşıb və yaxın vaxtlarda icra olunması ilə bağlı tapşırıq verib".

Xəbəri paylaş: