
Partiya insanları əqidəyə görə qəbul edir. Ona görə də layihədə bununla bağlı maddəyə yenidən baxılmalıdır.
Rezonans.az xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin müzakirəsində çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
“YAP torpaqla bağlı məhdudiyyətin götürülməsini təklif edib, amma təklifimiz nəzərə alınmayıb. Bu məsələyə də baxılmasını istəyirik. Kommersiya məqsədli torpağı əkib-becərmək üçün mülkiyyətə verilməməsi ilə razıyam, amma inzibati binaların tikilməsi üçün torpaqların partiya mülkiyyətinə verilməsinə məhdudiyyət qoyulması məntiqə uyğun deyil”, - deyə Tahir Budaqov vurğulayıb.