
Türkiyə Azərbaycana “Barkan” markalı sürücüsüz zirehli maşın sata bilər.
Rezonans.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə istehsalçı şirkət olan HAVELSAN-ın sədri Hacı Əli Mantar deyib.
“Azərbaycan, Ukrayna və Pakistanla müqavilələr imzalanıb. Müzakirələrimiz davam edir”.
Onun sözlərinə görə, hazırda “Barkan”dan ancaq Türkiyədə istifadə olunur.