Hazırda yarısı qadın olan 1000-ə yaxın ukraynalı mülki şəxs və 700 hərbçimiz Rusiyanın əsir və girovudur.
Rezonans.az “Unian”a istinadən xəbər verir ki, bunu Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşçuk bildirib.
"Ruslar 1000 nəfərə yaxın mülki şəxsi girov kimi ələ keçiriblər. Onların da yarısı qadındır. Dəfələrlə təkrar etmişik, bəlkə Rusiya məni eşidər, biz hərbçiləri mülki şəxslərlə dəyişmirik. Bu, Cenevrə Konvensiyaları ilə qadağandır. Biz tələb edirik ki, onlar azadlığa buraxılsınlar”.
Hərbçi əsirlərə gəlincə, İrina Vereşçuk deyib ki, Ukrayna tərəfində 700 rus əsgər və zabit var, elə eyni sayda da ukraynalı hərbçi Rusiya əsirliyindədir.
O, Rusiya tərəfini əsir və girovları Cenevrə Konvensiyalarına uyğun dəyişməyə çağırıb.










