“Patı” ilə tutulan blogerlə bağlı DİN-dən açıqlama

“Patı” ilə tutulan blogerlə bağlı DİN-dən açıqlama

Bakı şəhər sakini olan Cəmil Quliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Rezonans.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Qeyd edilib ki, o, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilib:

 

"Vətəndaşın üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin aşkar edilib. Cəmil Quliyev barəsində toplanan material məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 2 ay müddətinə inzibati qaydada həbs edilib".

 

Məlumat üçün bildirək ki, Cəmil Quliyev blogerdir.

Xəbəri paylaş: