İstanbulun Fatih bölgəsində şübhəli şəxsi yaxalamaq istəyərkən qarşı tərəfin odlu silahla yaraladığı polis Zafer Mat bir qədər əvvəl şəhid olub.
Rezonans.az Türkiyə mediasına istinadən xəbər verir ki, ağır yaralanan Zafer Mat dünyasını dəyişib.
Həkimlər onun həyatını xilas edə bilməyiblər. 2 uşaq atası olan şəhid Zafer Matla bu gün İstanbul Polis Təşkilatında vida mərasimi keçirildikdən sonra cənazəsi məmləkəti Yozqata yola salınacaq.
Faktla bağlı cinayət işi açılıb.










