“Azəriqaz”ın baş direktorunun Masallı sakinləri ilə görüşü OLACAQ

“Azəriqaz”ın baş direktorunun Masallı sakinləri ilə görüşü

"Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Masallı rayonunda vətəndaş qəbulu keçiriləcək.

Rezonans.az xəbər verir ki, 25 aprel saat 11:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı sakinlərin müraciətləri dinləniləcək.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

Xəbəri paylaş: