Ombudsman Aparatının kollektivi İkinci Fəxri xiyabanı və Hərbi Qənimətlər Parkını ziyarət edib - FOTOLAR

img


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının kollektivi 8 Noyabr – Zəfər Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı və Hərbi Qənimətlər Parkını ziyarət edib.


Rezonans.az xəbər verir ki, aparatın əməkdaşları İkinci Fəxri xiyabanda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirələrini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.


Həmçinin Ombudsman Aparatının kollektivi tərəfindən Hərbi Qənimətlər Parkı da ziyarət edilib.

Xəbəri paylaş: