Ombudsmanın Regional mərkəzləri tərəfindən Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər təşkil edilib

img


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Şimal-Qərb, Qərb və Cənub Regional mərkəzləri tərəfindən Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirilib. 


Rezonans.az xəbər verir ki, Quba, Qax, Şəki, Gəncə və Cəlilabadda keçirilmiş tədbirlərdə yerli icra və yerli özünüidarəetmə orqanlarının əməkdaşları, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Tədbirlərdə otuz ilə yaxın müddətdə işğal altında olmuş torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tərəfindən azad edildiyi, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpa olunduğu, Bayrağımızın bu ərazilərdə qürurla dalğalandığı bildirilib.


Tədbirlərdə, həmçinin Ermənistanın törətdiyi müharibə cinayətləri nəticəsində zərər dəymiş ərazilərimizdə Ombudsman tərəfindən keçirilmiş faktaraşdırıcı missiyalar, aidiyyəti beynəlxalq insan hüquqları təşkilatlarına ünvanlanmış bəyanatlar və müraciətlər barədə ətraflı məlumatlar verilib.

Xəbəri paylaş: