Ombudsmanın nümayəndəsi şəhid ailələrini ziyarət edib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzinin rəhbəri Z.İsmayılov İkinci Qarabağ müharibəsində şəhid olmuş Camal İsmayılov, Xəyyam Əzizov, Kamran Quliyev, Mübariz İbrahimov, Elçin Tağıyev, Nicat Qasımzadə, Rəşad Abdullayev, Tacir Eminov, Əkrəm Kəlbiyev, Elçin Tağıyev, Məhərrəm Hüseynov, Davud Qiyasov, Füzuli Həbibi, Vüsal Məhərrəmov, Xəyal Əhədzadə, Kənan Axundzadə, Yusif Xəlilov, Samir Allahverdiyev, Tarzan Həşimov, Nicat Nəzərlinin ailələrini ziyarət edib.

Rezonans.az xəbər veir ki, görüşlər zamanı şəhidlərin xatirəsi ehtiramla yad olunub, torpaqlarımızın işğaldan azad edilməsində göstərdikləri qəhrəmanlıqlardan bəhs edilib.

Regional Mərkəzinin rəhbəri şəhid ailələrinin, qazi və müharibə veteranlarının hüquqlarının müdafiəsinin hər zaman Müvəkkilin diqqət mərkəzində olduğunu bildirib.

Xəbəri paylaş: