Ombudsmanın nümayəndəsi tərəfindən əmək və sosial təminat hüquqları üzrə mühazirə oxunub

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında mövcud olan əməkdaşlıq çərçivəsində həmkarlar ittifaqlarının kadr və fəalları üçün “Beynəlxalq əmək hüququ standartlarına riayət olunmasına beynəlxalq nəzarət və sosial təminat hüquqları” mövzusunda qısamüddətli ixtisasartırma kursu təşkil edilib.

Rezonans.az xəbər verir ki, aparatın Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov tərəfindən oxunmuş mühazirədə beynəlxalq hüquqi aktlar, həmin sənədlərə riayət olunması üzrə nəzarət mexanizmləri, habelə Ombudsmanın əmək və sosial təminat hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyəti barədə məlumat verilib.

Yekunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbəri paylaş: