Qəbələdə “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni İl bayramı qeyd olunub

img

Qəbələ Rayon İcra hakimiyyətinin və Qəbələ şəhər bələdiyyəsinin təşkilatçılığı ilə “Garden Oteldə” 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə şəhid ailələri, qazilər və müharibə iştirakçıları üçün bayram şənliyi təşkil olunub.


Rezonans.az xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirak etdiyi tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.  


Sonra Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bütün tədbir iştirakçılarını “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il bayramı münasibəti ilə təbrik etmişdir. Şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.


Xəbəri paylaş: