Ombudsmanın Regional Mərkəzləri tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar tədbirlər keçirilib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Qərb, Şimal-Qərb və Cənub Regional mərkəzləri tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar yerli icra və yerli özünüidarəetmə orqanlarının əməkdaşları, rayon sakinləri və geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə silsilə tədbirlər keçirilib.


Rezonans.az xəbər verir ki, tədbirlərdə çıxışlar zamanı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu günün Azərbaycan tarixindəki əhəmiyyəti, xaricdə yaşayan həmvətənlərimizin daima birlik nümayiş etdirərək haqq səsimizi dünyaya çatdırılması işində həmrəyliyimizin vacibliyi qeyd edilib.


Daha sonra tədbir iştirakçılarına Ümummilli Liderin rəhbərliyi ilə ölkəmizdə insan hüquqlarının inkişafı və təmini, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilmiş islahatlar barəsində məlumat verilib.


Tədbir iştirakçıları çıxış edərək mövzu ilə əlaqədar fikirlərini bölüşüblər.

Xəbəri paylaş: