Ombudsmanın nümayəndəsi Pasiyent Təşkilatlarının III Respublika Forumunda iştirak edib

img


Dövlət tibb müəssisələrinə dəstək olmaq, müxtəlif xəstəliklərin müalicəsində
müasir yanaşmaları təbliğ etmək və genofondumuzun sağlam olması məqəsdilə
yaradılmış Pasiyent Təşkilatları İttifaqının (PTİ) təşkilatçılığı ilə Pasiyent Təşkilatlarının
III Respublika Forumu keçirilib.


Rezonans.az xəbər verir ki, çıxış zamanı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə
əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov Ombudsmanın pasiyentlərin
sosial-hüquqi müdafiəsi istiqamətində gördüyü işlər, o cümlədən insan hüquqları
arasında mühüm yerlərdən birini tutan sağlamlığın qorunması hüququnun daha
səmərəli təmini məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi və hüquqi maarifləndirmə
sahəsindəki fəaliyyəti barədə iştirakçılara məlumat verib.


Daha sonra dövlət tibb müəssisələrində çalışan həkim mütəxəssislər və qeyri-
hökumət təşkilatlarının rəhbərləri tərəfindən müxtəlif aktual mövzular üzrə təqdimatlar
edilib, suallar cavablandırılıb.

Xəbəri paylaş: