Bu günlərdə mətbuatda Ermənistan guya “sülh müqaviləsi” üçün Bakıya verdiyi 6 bənddən ibarət paket açıqlanmışdı. Öncə onu deyim ki, Azərbaycanın təklifi kimi Möhtərəm Prezidentimiz tərəfindən təqdim edilmiş 5 bənddən ibarət təkliflır paketi artıq dəfələrlə həm mətbuatda, həm də Moskva, Brussel görüşlərində dəfələrlə müzakirə edilib və yüksək münasibət bildirilib. Bildiyimiz kimi bu görüşlər hər iki dövlətin rəhbərləri, Xarici İşlər Nazirləri, eləcə də vasitəçilərin iıtirakı ilə keçirilib. Hətta bununla bağlı hər iki tərəfdən xüsusi komissiya da yaradılıb. Yəni artıq 5 bəndin icrası prosesi başlayıb.
Məlumdur ki, rəsmi İrəvan da bu 5 bənddən ibarət təkliflər paketini qəbul etdiyini açıqlayıb. Bu bəndlərdə əks olunmuş prinsiplər dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımaq, sərhədləri müəyyən etmək və nəqliyyat əlaqələrini bərpa etməklə bağlıdır. İndi rəsmi İrəvanın yatıb-yatıb yeni təkliflər irəli sürməsi həm gülüncdür, həm məntiqsizdir, həm də normallaşma prosesinə mane törətməyə cəhddir. Görünür bu məsələdə də revanşist qüvvələrin və onları dəstəkləyənlərin təzyiqindən qaynaqlanır. Maraqlıdır ki, erməni tərəfinin təklifinin 2-ci maddəsində “…Ermənistan Respublikasının Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və yoxdur…” qeyd edilir. Gülünc doğuran da odur ki, bəs 30 ilə yaxın müddətdə Azərbaycanın 20 faizə yaxın ərazisini kim işğal etmişdir. Nəzərə alsaq ki, ötən otuz ildə bütün beynəlxalq təşkilatlar Ermənistanı işğalçı kimi tanıyıbdır. Buna da növbəti erməni riyakarlığı demək olar. Əlbəttə Qarabağda yaşayan dinindən və milliyyətindən asılı olmayaraq bütün sakinlər Azərbaycan vətəndaşıdır və onların da hər birinin təhlükəsizliyinə, hüquq və azadlıqlarının qorunmasına Azərbaycan dövləti qarantdır. Necə ki, bu günədək ölkəmizdə otuz minə yaxın erməni tam təhlükəsiz və bərabər hüqüqlarla yaşayır,Qarabağ erməniləri də belə yaşayacaqdır.
Qaldı Dağlıq Qarabağın yekun statusu məsələsinə bu da artıq hər kəsə bəllidir. İstər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də postmüharibə dövründə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Kamandanımız dəfələrlə qeyd edib ki, Sovet dövründə aparılmış ədalətsiz və qanunsuz ərazi bölgüsü heç cürə qəbul edilə bilməz və artıq bu ləğv edilib.
Bildiyimiz kimi, işğaldan azad edilmiş bu ərazilərdə artıq möhtərəm Prezidentimizin sərəncamları ilə Şərqi Zəngəzur və Qarabağ kimi yeni inzibati ərazi bölgüləri yaranıb. Yəni 3-cü maddə də tam əsassız, qanunsuz, müzakirə olunmayacaq bir təklifdir. Qaldı 4-cü bəndə qeyd etmək lazımdır ki, normallaşma prosesini və məlum sazişləri revanşist ermənilərin təxribatı ilə rəsmi Ermənistan öz öhdəliklərini yerinə yetirməyi uzadır. Onsuz da ermənilər bu öhdəlikləri zor xoş yerinə yetirəcək. Yekun olaraq, onu demək istəyirəm ki, hər kəsə məlumdur ki, Azərbaycan bölgənin lider dövlətidir və bütün məsələlərdə söz sahibi Müzəffər Ali Baş Kamandanımız möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir. Sözsüz ki, ermənilər belə əsassız və yersiz təkliflərlə işğalçı, məğlub və təslim ölkə imicini heç vaxt düzəldə bilməzlər.
Məlahət İbrahimqızı
Milli Məclisin deputatı










